"Gülüstan iç və hədiyyə qazan!"

Stimullaşdırıcı Tirajlı Lotereyanın Şərtləri

QAZANMAĞA HAZIRSAN? Gülüstan yenə də qazandırır!

“Gülüstan iç və hədiyyə qazan!” tirajlı stimullaşdırıcı lotereya 01.07.2022-ci il tarixindən 30.09.2022-ci il tarixinədək “TAC” MMC tərəfindən istehsal edilən 1, 1,5 və 2 litr həcmində olan və xüsusi nişanlanmış qızılı qapaqlarla sahib olan “Düşes”, “Tərxun”, “Feyxoa”, “Şaftalı”, “Albalı”, “Portağal” və “Kola” çeşidli Gülüstan” limonadlarının satışının stimullaşdırılması məqsədilə təşkil edilir.

"Gülüstan" limonadlardan ən azı bir ədədini dəyəri ödənilməklə əldə edin, qızılı rəngli qapaqların altındakı promo-kodu gulustan.info.az saytına daxil olaraq qeydiyatdan keçirin və lotereyaya qoşulun! Bakcell nömrələrindən promo-kodu qısa smslə 5555-ə göndərərək də qeydiyyatdan keçmək mümkündür.

Kampaniya müddətində göndərilən bütün promo kodların müddəti bir ay təşkil edir. Hər bir promo-kod 1 gündəlik tirajda, 1 həftəlik tirajda və 1 aylıq tirajda iştirak edir.

Hər gün 50 iştirakçı Bakcell mobil operatorundan 100 MB, 2 iştirakçı 50 AZN və 1 iştirakçı 100 AZN dəyərində uduşlar, hər həftədə 1 iştirakçı 200 AZN dəyərində uduş və hər ay 1 şanslı iştirakçı 500 AZN dəyərində super uduşun sahibi olacaq! Ümumilikdə, 6.100 nəfər iştirakçıya 100 MB, 244 nəfər iştirakçıya 50 AZN,  122 nəfər iştirakçıya 100 AZN, 18 nəfər iştirakçıya 200 AZN və 4 nəfər iştirakçıya 500 AZN mükafatları veriləcək.

Qaliblər təsadüfi nömrələr generatoru vasitəsilə müəyyən ediləcək və hər bir qalib iştirakçıya SMS vasitəsilə məlumat veriləcək. Həmçinin qaliblərin siyahısı promo.gulustan.info.az səhifəsində dərc olunacaq.

GÜLÜSTAN İÇ VƏ HƏDİYYƏ QAZAN!

Lotereya Azərbaycan Respublikası Mərkəzi Bankının 09 dekabr 2021-ci il tarixli, 01-2-2021-166 saylı məktubu ilə qeydiyyata alınmışdır
Kampaniya ilə bağlı ətraflı məlumatları  gulustan.info.az saytından, eləcə də (+994
12) 346-22-91/92,  (+99455) 455-11-45 nömrələri vasitəsilə əldə edə bilərsiniz.

  1. LOTEREYANIN MƏQSƏDİ

 1.1. “Gülüstan iç və hədiyyə qazan!” Lotereyanın keçirilməsi “Gülüstan” ticarət nişanlı məhsulların satışının stimullaşdırılmasına yönəldilmişdir.

  1. LOTEREYANIN TƏŞKILATÇISININ ADI, VÖEN-i, OLDUĞU YER VƏ ƏLAQƏ TELEFONLARI

2.1. Lotereyanın təşkilatçısı: “TAC” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Təşkilatçı” adlanacaq).

2.2. Təşkilatçının VÖEN-i: 1300025841

2.3. Təşkilatçının hüquqi ünvanı: AZ1153, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 5, Cənub-qərbində Şamaxı şossesi

2.4. Əlaqə telefonu: (012) 346 22 91/92

  1. LOTEREYANIN ADI, KEÇİRİLMƏ FORMASI, KEÇİRİLDİYİ ƏRAZİ, MÜDDƏTİ VƏ OBYEKTİ

3.1.      Lotereyanın adı və keçirilmə forması: “Gülüstan, iç və hədiyyə qazan!” stimullaşdırıcı tirajlı lotereya (bundan sonra - “Lotereya”)

3.2.      Lotereyanın keçirildiyi ərazi: Azərbaycan Respublikası

3.3.      Lotereyanın başlanma tarixi: 01 iyul 2022-ci il, saat 00:00 

3.4.      Lotereyanın bitmə tarixi: 30 sentyabr 2022-ci il, saat 00:00

3.5.      Lotereyanın obyekti: 1, 1,5 və 2 litr həcmində olan və plastik qablaşdırmaya (qapağa) sahib olan (xüsusi nişanlanmış qızılı qapaqlarla) Gülüstan” ticarət nişanlı məhsulu (bundan sonra “Məhsul”).

  1. LOTEREYA BİLETİNƏ BƏRABƏR TUTULAN DİGƏR MƏLUMAT DAŞIYICI

4.1. Lotereya biletinə bərabər tutulan digər məlumat daşıyıcısı qismində Məhsulun qablaşdırılmasında olan qapağı (iç tərəfində (altında) xüsusi rəqəm və latın əlifbasının hərflərindən ibarət kodla) qəbul edilir.

  1. LOTEREYADA İŞTIRAK HÜQUQU

5.1. Lotereya iştirakçısı qismində könüllü şəkildə lotereyada iştirak edən, 18 yaşı tamam olmuş lotereya biletinə bərabər tutulan digər məlumat daşıyıcısının sahibləri çıxış edə bilərlər.

QALİBLƏRİN SİYAHISI

26 SENTYABR - 30 SENTYABR 2022 tarixlərində qeydiyyatdan keçilirən PROMO-KODLAR üzrə PUL UDUŞLARI

Qalibin Adı, Soyadı Uduş
Orxan Eynullayev 500 AZN
Zöhrə Müseyibzadə 200 AZN
Elçin Cəfərov 100 AZN
İldırım Kərimov 100 AZN
Rüstəm Məmmədov 100 AZN
Paşa Urşanov 100 AZN
Hüseyn Heydərov 100 AZN
  100 AZN
Əhməd Abdullayev 50 AZN
Elbəy Məmmədov 50 AZN
Nihat Sadiqli 50 AZN
Cahid İslamov 50 AZN
Rəna Məmmədli 50 AZN
Elvin Şıxılı 50 AZN
Ramal Cəbrayılov 50 AZN
  50 AZN
  50 AZN
  50 AZN
  50 AZN
  50 AZN
  50 AZN
  50 AZN

 

Image

61

İştirakçı

610000

MB Mükafat Fondu

30000

Pul Mükafat Fondu

6488

Mükafatların Sayı